Yaddaşlarda iz buraxan deputatlar: Kim necə xatırlanacaq, kim necə "yad ediləcək"

Yaddaşlarda iz buraxan deputatlar: Kim necə xatırlanacaq, kim necə "yad ediləcək"

Beşinci çağırış Milli Məclis üzvlərinin əksəriyyəti cəmiyyət tərəfindən arzuolunmaz şəxslər kimi qəbul edilir

 

Milli Məclis dünən rəsmən qanunvericilik fəaliyyətini dayandırdı. Artıq yeni qərarları altıncı çağırış parlament qəbul edəcək. Maraqlıdır, ictimaiyyət beşinci çağırış parlament deputatlarını necə xatırlayacaq? Hansı deputatlar nələri ilə yadda qaldılar?

 

AYNA bu suala cavab tapmaq üçün sosial şəbəkə istifadəçiləri arasında sorğu keçirib. Respondentlərin cavablarını olduğu kimi təqdim edirik:

 

Elyar İslamoğlu: “Bir neçəsini çıxmaq şərtilə, qalanlarını yalnız özünü düşünən, var-dövlət yığan, mandatdan sui-istifadə edərək varlanan, uşaq pulunun bərpasına, təqaüd yaşının azaldılmasına laqeyd yanaşan, xalqı, milləti düşünməyən, bütün dövrlərin ən fəaliyyətsiz, tez-tez xalqı qıcıqlandıracaq açıqlamalarla yadda qalan millət vəkilləri olaraq xatırlayacağıq”.

Image result for Rəfael Cəbrayılov

Könul Aypara: “Yadımda qalan dunya şöhrəti qazanmış Rəfael Cəbrayılov oldu (gülür – red.) Hələ mandatını girov qoyan deputat yer üzünə gəlməmişdi. Yaxşı əməli olan kimsəni xatırlamıram. Azacıq Aydın Mirzəzadə və Adil Əliyevi fəal gördüm”.

 

Leyla Abdullayeva: “Məsələn, Zeynəb Xanlarova ancaq yaltaqlığı ilə yadda qaldı. İncəsənət xadimləri ilə Prezidentin görüşündəki çıxışı insanlarda ona qarşı böyük nifrət oyatdı. Bir də Qaxın deputatı Azər Kərimli işlədiyi dövrdə heç bir iş görmədiyinə görə daim yaddaşlarda qalacaq”.

Image result for zeynəb xanlarova milli məclisdə

Mayis Əlizadə: “2000-ci ildən bəri mandat daşıyanların arasında şəxsən mənim yadımda ən çox qalan məqam - Asim Mollazadənin bir böyük adamın gülüşünü yamsılaması olub”.

 

Gültən Qədirli: “Çox az deputat var ki, öz seçildiyi rayon üzrə nəsə edib. Əksəri rayonu üçün heç bir iş görmür və yadda qalmayıb. İş görüb yadda qalmaq əvəzinə, görməməklə yadda qalırlar”.

 

Həbibə Abdulla: “Həmişəki kimi, ən çox yadımda qalan sevimli deputatımız Qənirə Paşayeva oldu. Əsl deputatlığı ilə, seçicilərinin problemlərinə qayğıkeşliklə yanaşması ilə, Milli Məclisdə daha çox sosial problemlərin həllinə yönəlik çıxış və təklifləri ilə, aktivliyi ilə. Daha bir neçə nəfər də var ki, bu istiqamətdə müəyyən qədər təşəbbüsləri oldu, səsləri eşidildi. Bir də mənim yaddaşımda çox pis qalan deputat Çingiz Qənizadə oldu, bizə çamur atması ilə. Məhkəməyə verməyə hazırlaşsaq da, sonradan bəzi ortaq dostların (güman ki, öz xahişi idi) təkidli xahişlərindən sonra dayandıq”.

Image result for Çingiz Qənizadə

Raminə Eyvazqızı: “Hadı Rəcəblinin sərsəmləmələri, gündəmdə vacib problem olsa belə, hamı onun sözlərindən qıcıqlanırdı, əsəbləşirdi. Bəlkə də darıxacağıq (gülür – red.)”.

 

Elmar Huseynov: “Mili Məclisin 125 deputatı olsa da, cəmiyyət yaxşı mənada 5-6 deputatı tanıyıb həmişə. Fikrimcə, bunlar da İsa Həbibbəyli, Qənirə Paşayeva, Fazil Mustafa, Qüdrət Həsənquliyevdir ki, ictimai məsələlərdə daim onların çıxışlarını görmüşük. Amma bu, o demək deyil ki, YAP-ı təmsil edən millət vəkilləri susub. Məsələn, Aydın Mirzəzadə, Siyavuş Novruzov kimi deputatlar haqqında bu sözləri demək olmaz. Bir müddət parlament müxbiri olmuşam. Orda deputatların jurnalistlərə necə münasibət bəslədiklərini gördüm. Qənirə xanım yaxşı mənada jurnalistlərlə yüksək səviyyədə münasibət qurmağa çalışırdı. O, jurnalistlərlə tək-tək maraqlanır, hər hansı problem varsa, kömək etməyə həmişə hazır olduğunu deyirdi. Ona görə Qənirə xanım parlament jurnali

Müəllif: Rumiyyə Miraslan      5 Dekabr 2019 16:00
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin