Əlilliyi olan şəxslərə arabalar verilib

Əlilliyi olan şəxslərə arabalar verilib

3 rayon üzrə 22 nəfər əlilliyi olan şəxsə arabalar verilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən növbəti səyyar xidmət Astara, Lənkəran, Masallı rayonlarında təşkil edilib.

 

AYNA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin verdiyi məlumata görə, 3 rayon üzrə 22 nəfər əlilliyi olan şəxsə əlil arabaları həmin rayonlara, onlardan bir hissəsinə isə evlərinə aparılaraq verilib.

 

Əlilliyi olan şəxslər səyyar xidmətdən, əliliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təminatı istiqamətində aparılan işlərdən razı qaldıqlarını bildiriblər.

 

Сari ilin ötən dövründə ölkəmizin bütün rayon və şəhərlərində bu cür səyyar xidmətlər təşkil edilib. 858 nəfər əlilliyi olan şəxsə və sağlamlıq imkanları məhdud uşağa, ümumilikdə 4 minə yaxın reabilitasiya vasitəsi yaşadıqları rayonlara, bəzi hallarda yaşayış ünvanlarına aparılıb verilib.

Müəllif: Ayna.az      5 Dekabr 2019 11:44
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin