Bakıda yenə tələbə faciəsi

Bakıda yenə tələbə faciəsi

Gənc kirayə yaşadığı evin hamam otağında dəm qazından boğulub

 

Bakıda daha bir tələbə dəm qazından boğulub. AYNA Trend-ə istinadən xəbər verir ki, hadisə dekabrın 4-də baş verib.

 

Ağsu rayon sakini, 1998-ci il təvəllüdlü Dadaşov Nurlan Akif oğlu Bakıda kirayə yaşadığı evin hamam otağında dəm qazından boğulub. Onun meyiti otaq yoldaşları tərəfindən aşkar edilib.

 

Məlumata görə, N.Dadaşov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 4-cü kurs tələbəsidir.

Müəllif: Ayna.az      5 Dekabr 2019 11:25
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin