Onların və bizim başımıza nə gələcək - NARAHATLIQ VAR

Onların və bizim başımıza nə gələcək -     NARAHATLIQ VAR

Bu məsələ çox adamın beynini eşir, deşir...

 

Narahatlıq var - Həqiqətli olanların da, həqiqətin üzə çıxacağından qorxanların da narahatlığı. Ki, onların (onların nöqteyi-nəzərindən: "bizim") axırı nolacaq. Həqiqətli olanlar ədalət istəyir (onların layiq olduqları sonluğu), onlar (həqiqətin üzə çıxmasından qorxanlar) isə yenə ədalət (lakin təkcə özlərinə) istəyirlər, "bu qədər xidmətlərimiz var", - deyə.

 

Azərbaycan dilinin izahlı lüğətində qarşılığı olmayan, amma internetə girişi-çıxışı olan hər kəsin beyninə qazınan və qeyri-elmi anlamda "maşa", "yem", "xəkəndaz" və biədəb mənada bir neçə başqa qarşılığı olan bir ifadənin içindəkilərdir bu narahatlığın səbəbkarları. 

 

Bəli, söhbət TROLL ifadəsindən, onun mənsublarından və onların narahatlığından; eləcə də o ifadəyə və onun mənsublarına nifrət edənlərin narahatlığından gedir. 

 

Hər iki tərəfin narahatlığı anlaşılandır - ƏDALƏT həssas məsələdir. Hər iki tərəfin narahatlığı üçün kifayət qədər səbəblər var - birincilər ikincilərin haqlı çıxarıldığı o qədər ədalətsizliklər görüblər ki... və ikincilərə gəlincə, onlar indiyədək belə "ədalətsizlik" görməmişdilər.

 

İndi əsas sual "Bundan sonra nə olacaq"dır. Birincilər ikincilər haqda, ikincilər özləri haqda bu sual üzərində baş sındırırlar. Birincilər, ən azından ürəklərindəki "tikanın"ın çıxması, ikincilər yeni kol, ya da yeni "bağban" arzusundadırlar.

 

Bizim təxminlərimiz birinciləri məyus, ikinciləri xoşhal edə bilər. Amma reallıq budur. Ki:

 

Bir az yuxarıda qeyd olunduğu kimi, biri maşadırsa, yemdirsə, xəkəndazdırsa... o, başqalarına da lazımdır (lazım olacaq). Başqa "bağban" yeni "tikan" yetişdirməkdənsə, hazırının ucundakı zəhəri özününküləşdirər, deyilmi?

 

Belə şeylər azmı görülüb? Dünən mənə baş əyən, bu gün sənin qarşında təzim edirsə, sabah onun qabağında idman hərəkətləri etməyəcək? Edəcək, əlbəttə! Özünə də təsəlli verəcək ki, "əyilib-qalxmaq idman, idman da sağlamlıqdır".

 

İdman araya girdi. Bağbandan danışırdıq axı...  Çayırın nə olduğunu bilirikmi? Bilirik, yəqin ki. Çayır (süni adı qazon) - alaq otudur.  Özünə münbit gələn hər yerdə bitər, artar, hər tərəfi bürüyər, zəhlə tökər, könül bulandırar. Burdan vurarsan, ordan çıxar. Kökünü kəsmək istəyərsən, vaxtın hədər gedər. 

 

Onunla mübarizənin tək yolu var - xırdabuynuzlu heyvan saxlamaq. O tərəfə keçəndə də başını qoparıb kökünü "suvarsın", bu tərəfə keçəndə də. Heç başını qaldıra bilməsin...

Müəllif: Tural Talehoğlu      4 Dekabr 2019 21:14
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin