Azərbaycanın hərbi qulluqçusu vəfat edib

Azərbaycanın hərbi qulluqçusu vəfat edib

Hərbi qulluqçu ürək çatışmazlığından vəfat edib

 

Azərbaycanın hərbi qulluqçusu, kapitan Abbas Məlikzadə vəfat edib. 

 

Bu barədə AYNA-ya Müdafiə Nazirliyindən məlumat verilib. 

 

Bildirilib ki, hərbi qulluqçu, kapitan Məlikzadə Abbas Saleh oğlu səhhətində problem yarandığından tibb məntəqəsinə müraciət edib. Sanitar nəqliyyat vasitəsi ilə hərbi hospitala təxliyyə edilərkən yolda keçinib. Həkimlərin ilkin ehtimalına görə, hərbi qulluqçu ürək çatışmazlığından vəfat edib.

 

Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir!

 

Müəllif: Ayna.az      4 Dekabr 2019 20:38
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin