İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub

İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub

Ramin Quluzadə dövlət başçısına və birinci xanıma sərgi barədə məlumat verib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 4-də Bakı Ekspo Mərkəzində XXV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi – “Bakutel-2019” ilə tanış olublar.

 

AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə dövlət başçısına və birinci xanıma sərgi barədə məlumat verib.

 

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgidə nümayiş etdirilən pavilyonlarla tanış olublar.

Müəllif: Ayna.az      4 Dekabr 2019 13:31
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin