“Zirvə görüşü çox yaxşı keçdi” - Ərdoğan

“Zirvə görüşü çox yaxşı keçdi” -     Ərdoğan

Makron Suriya probleminin həlli üçün danışıqların davam edəcəyini vurğulayıb

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya mövzusunda Fransa Prezidenti Emmanuel Makron, Almaniya Kansleri Angela Merkel və İngiltərə Baş Naziri Boris Consonla Londonda bir araya gəlib.

 

AYNA-nın APA-ya istinadən xəbərinə görə, bir saata yaxın davam edən Zirvə görüşü başa çatıb.

 

Görüşdən sonra Türkiyə prezidenti toplantının çox yaxşı keçdiyini bildirib.

 

Angela Merkel də “yaxşı və faydalı bir toplantımız oldu” deyə bildirib. Emmanuel  Makron isə toplantı sonrası Suriya probleminin həlli üçün danışıqların davam edəcəyini vurğulayıb.

 

Qeyd edək ki, bu gün Londonda NATO-nun 70 illiyi münasibətilə quruma üzv ölkələrin Zirvə görüşü başlayıb. Toplantı sabah da davam edəcək.

 

Müəllif: Ayna.az      3 Dekabr 2019 23:30
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin