Məmmədyarov-Lavrov görüşü olub

Məmmədyarov-Lavrov görüşü olub

Azərbaycan ilə Rusiya arasında məsləhətləşmə planının imzalanması gözlənilir

 

Bu gün Azərbaycanın və Rusiyanın Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Sergey Lavrov arasında görüş olub. AYNA xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) keçirilən görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, iki ölkə arasında əməkdaşlıq, eləcə də beynəlxalq və regional məsələlər barədə müzakirələr aparılıb.

 

Həmçinin Azərbaycan və Rusiya XİN-ləri arasında 2020-ci il üçün məsləhətləşmə planının imzalanması gözlənilir.

 

Xatırladaq ki, Lavrov ölkəmizə dekabrın 2-də gəlib. Həmin gün Prezident İlham Əliyev onu qəbul edib.

Müəllif: Ayna.az      3 Dekabr 2019 13:26
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin