Milli Məclis indiki tərkibdə sonuncu dəfə toplanıb

Milli Məclis indiki tərkibdə sonuncu dəfə toplanıb

Plenar iclasın gündəliyinə 15 məsələ daxil edilib

 

Məclisin payız sessiyasının növbəti (bəlkə də sonuncu) plenar iclası başlayıb. AYNA xəbər verir ki, iclasın gündəliyinə 15 məsələ daxil edilib.

 

İclasda Ailə, Mülki Prosessual Əmək Məcəllələrinə, o cümlədən “Uşaq hüquqları haqqında”, İcbari sığortalar haqqında”, Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” və s qanunlarla dəyişiklik layihələri müzakirə olunacaq.

 

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasının iclası keçirilib. İclasda YAP Siyasi Şurasının qərarı qəbul edilib. Qərara əsasən, partiyanı təmsil edən deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüslə çıxış etmək tövsiyə olunub.

 

Dekabrın 2-də Parlamentin iclasında Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinə müraciət edilməsi məsələsi müzakirə edilib. Nəticədə qərarla bağlı Prezidentə müraciət olunub.

 

Həmin iclasda Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, dekabrın 3-də keçiriləcək plenar iclası V çağırış üçün sonuncu iclası ola bilər.

Müəllif: Ayna.az      3 Dekabr 2019 12:18
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin