Gündüz Kərimov kimdir?

Gündüz Kərimov kimdir?

O, indiyədək Birinci vitse-prezidentin 4-cü köməkçisi kimi çalışıb

 

Xəbər verdiyimiz ki, bu gün Prezident Administrasiyasında daha bir şöbə müdiri təyinatı olub. Dövlət başçısının sərəncamı ilə Gündüz Hacı oğlu Kərimov Prezidentin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri təyin edilib.

 

AYNA “Qafqazinfo”ya istinadən xəbər verir ki, Gündüz Kərimov bu vəzifəsinə qədər Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin 4-cü köməkçisi kimi çalışıb.

 

G.Kərimov 1977-ci ildə Qazax şəhərində anadan olub. Bakı Dövlət Universitetinin beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin bakalavr və magistratura təhsil pillələrini bitirib.

 

Daha sonra Amerika Birləşmiş Ştatlarının İndiana Universitetinin hüquq fakültəsinin magistraturasını bitirib.

 

Ayrı-ayrı vaxtlarda Aqrar-Sənaye Səhmdar Kommersiya Bankında baş hüquqşünas, Beynəlxalq Qırmızı Xaç Komitəsində hüquq məsələləri üzrə assistent, Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsində müəllim, BDU-nun Hüquq fakültəsinin dekan müavini vəzifəsində çalışıb.

 

O, Beynəlxalq Ticarət Palatasının, Mübahisələrin həlli, Əqli Mülkiyyət və Səhiyyə təcrübəsi qruplarının üzvü, eləcə də, Parisdə Beynəlxalq Arbitraj Məhkəməsində Azərbaycanın rəsmi nümayəndəsidir.

 

Gündüz Kərimov hazırda Bakı Dövlət Universitetinin Mülki Prosessual və Ticarət Hüquqları şöbəsində dosentdir.

 

Evlidir, iki övladı var.

Müəllif: Ayna.az      2 Dekabr 2019 17:25
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin