Abşeron, Xızı və Sumqayıt sakinlərinin nəzərinə

Abşeron, Xızı və Sumqayıt sakinlərinin nəzərinə

Vətəndaşlar 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq dekabrın 11-dək qəbula yazıla bilərlər

 

Dekabrın 13-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Abşeron rayonunda vətəndaşları fərdi qaydada qəbul edəcək.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən AYNA-ya verilən məlumata görə, həmin gün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Xızı rayonunda və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli Sumqayıt şəhərində vətəndaşlarla görüşəcəklər.    

 

Vətəndaşların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərə (əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, tibbi-sosial ekspertiza və reabilitasiya, aktiv məşğulluq tədbirlərinə cəlb edilmə və s.) dair müraciətləri cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.

 

Vətəndaşlar adını, soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət edərək və ya 142-Çağrı mərkəzi ilə əlaqə saxlayaraq dekabrın 11-dək qəbula yazıla bilərlər.

Müəllif: Ayna.az      2 Dekabr 2019 12:28
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin