Əsas səhifə Haqqımızda Xəbər lenti

Paytaxt ərazisində təhlükəli vəziyyət hökm sürür – HƏYƏCAN TƏBİLİ

Paytaxt ərazisində təhlükəli vəziyyət hökm sürür –             HƏYƏCAN TƏBİLİ

Ekspert: “Dağdan bir qaya qopsa, faciə baş verə bilər və o təhlükənin altında insanlar ev tikirlər”

 

Təxminən, 1 həftə əvvəldən başlayan Bibiheybətdəki torpaq sürüşməsi həmin əraziyə yaxın yerlərdə də təhlükəli vəziyyət ehtimalından xəbər verir. AYNA əməkdaşı problem ətrafında Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq kafedrasının dosenti, kənd təsərrüfatı elmləri namizədi, meşəşünas Allahverdi Doluxanovla həmsöhbət olub.

 

- Son torpaq sürüşməsinin səbəbləri nədir?

 

- Bibiheybətdəki sürüşmə zonasının torpağı tökülmə torpaqdır. Vaxtilə ora torpaq qatı ilə doldurulanda lazımi səviyyədə iş aparılmayıb. Yaxşı olardı ki, ərazi həm eni, həm də uzunluğu səviyyəsində kifayət qədər gətirilmə torpaqla təchiz olunardı. Təəssüf ki, bizdə yol təsərrüfatı işində torpaq qatı öyrənilmir, tələsik asfaltlama işi görürlər. Həmin ərazidə də torpaq işlənmədən yol təsərrüfatı işlərinə başlanılmışdı. Fikrimcə, yağışın normadan artıq düşməsi də bu sürüşməyə səbəb oldu. Yağış sularının davamlı axıntısı sürüşməyə zəmin yaratdı, amma bu suların qarşısı alına bilərdi. Həmin yoldan ağır yük maşınlarının hərəkəti də ağırlıq mərkəzinin pozulmasına gətirib çıxardı. Yaxşı olardı ki, sürüşmə səbəbləri ətraflı araşdırılsın. Bura geoloqlarla yanaşı torpaqşünaslar da cəlb olunmalıdır. Torpağın fiziki vəziyyəti öyrənilməlidir. Qeyd etdiyim səbəblərdən yolda maililik yaranırsa, bu, artıq yolun çökməsi proqnozunu verir. 

Müəllif: Raminə Eyvazqızı      3 Dekabr 2019 10:16
Cəmiyyət bölməsinə aid digər xəbərlər
2 Mart
10:24
İranlı jurnalistin “təsadüfi” sualı və ya məqsədli hazırlanmış ittiham
1 Mart
23:08
“Türk kəşfiyyatı o qədər qeyri-peşəkardır ki, atdığı addımı hər kəs bilir?”
1 Mart
21:21
Ermənilər rus blogeri parçalamağa çalışırlar: “Bu, dəhşətdir!” – VİDEO
1 Mart
19:19
Valideynləri dərd götürüb, uşaqlar da “odla su arasında”
1 Mart
17:07
Azərbaycanda COVID-19-dan ölənlərin sayı 3 min 223-ə çatıb
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin