Əsas səhifə Haqqımızda Xəbər lenti

Gömrük Komitəsinin addımı ciddi narazılıqlara səbəb olub

Gömrük Komitəsinin addımı ciddi narazılıqlara səbəb olub

“Düşünürlərmi ki, niyə Gürcüstanda 5 min manata olan avtomobil Azərbaycana 15 min manata gəlib çıxır?”

 

Son zamanlar sürücülərin əksəriyyətinin müzakirə etdiyi mövzulardan biri Bakıda Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobillərin sayının artmasıdır. Və Dövlət Gömrük Komitəsi (DGK) buna da bir çarə tapdı. Gəlin, öncə bu barədə DGK-nın mətbuat xidmətinin rəhbəri  Natiq Axundovun AYNA-nın sorğusuna verdiyi cavabla tanış olaq:

 

“Xarici dövlətlərdə daimi qeydiyyatda olan xarici iqtisadi fəaliyyətin mal nomenklaturasının (XİFMN) 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin müvəqqəti olaraq gətirilməsi zamanı nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə gömrük orqanları tərəfindən həyata keçirilən tədbirlərlə bağlı sosial şəbəkələrdə və bəzi kütləvi informasiya vasitələrində yanlış şərhlər irəli sürülür. Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 305 nömrəli qərarına əsasən, xarici dövlətlərdə daimi qeydiyyatda olan bu mal mövqelərinə aid avtonəqliyyat vasitələri qeyri-rezidentlər tətərfindən müvəqqəti olaraq ölkə ərazisinə 90 gün müddətinə gətirilə bilər. Həmin müddətin Gömrük Məcəlləsinin 258-ci maddəsi ilə müəyyən edilmiş gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarının tətbiqi ilə şəxsin ölkədə qalma müddətinə uyğun olaraq maksimum 1 ilə qədər uzadılması mümkündür.

Картинки по запросу gömrük komitəsi

Yəni əcnəbilər tərəfindən gətirilən və xarici ölkədə qeydiyyatda olan nəqliyyat vasitəsi hər hansı təminat üsulu tətbiq edilmədən Azərbaycan Respublikasında 90 gün müddətində qala bilər. Avtomobili ölkə ərazisinə gətirən şəxs gömrük orqanına müraciət edərək qanunvericiliyə əsasən müvafiq təminat üsullarından istifadə etməklə bu müddəti uzada bilər. Bu halda isə qanunvericilikdə müəyyən edilən müddət 1 ilə qədərdir.

 

Gömrük orqanları tərəfindən aparılan müşahidələr nəticəsində müəyyən olunub ki, son dövrlərdə Azərbaycan Respublikasında yaşayan, xarici vətəndaşlığı və ya ikili vətəndaşlığı olan şəxslər tərəfindən xarici dövlətlərdə daimi qeydiyyatda olan avtonəqliyyat vasitələrinin həmin ölkələrdən alınmaqla ölkə ərazisinə müvəqqəti gətirilməsi halları kütləvi xarakter alıb. Qanunvericiliklə müəyyən olunmuş 90 gün ölkə ərazisində qalma müddəti başa çatdıqdan sonra, müvəqqəti gətirilmiş avtonəqliyyat vasitələri onları gətirən şəxslər tərəfindən ölkə ərazisindən geri aparılır və qısa zaman ərzində yenidən 90 gün müddətinə ölkə ərazisinə müvəqqəti olaraq gətirilir.

 

Məsələ ilə bağlı müvafiq araşdırmalar onu göstərir ki, qanunvericiliklə nəzərdə tutulan bu güzəştdən sui-istifadə hallarına yol verilərək, əsasən gömrük ödənişlərini ödəməmək, həmçinin Avro 4 ekoloji standartlara cavab verməyən avtonəqliyyat vasitələrinin gömrük borcunun ödənilməsinin təmin edilməsi üçün təminat üsullarından istifadə etmədən ölkə ərazisində idarə edilməsi, xüsusilə də qeyri-qanuni sərnişin daşıma fəaliyyəti ilə məşğul olmaq üçün istifadə olunur.

 

Üstəlik, müvəqqəti gətirilən avtonəqliyyat vasitələrinin əksəriyyətinin istehsal buraxılış tarixi 15-20 ili ötüb, texniki göstəricilərə görə qənaətbəxş deyil və bu qəbildən olan avtonəqliyyat vasitələri ölkənin ekoloji durumunun korlanması ilə yanaşı, həmçinin yol qəzalarının artmasında da potensial təhlükə yaradır.

 

Gömrük orqanları da yuxarıda sadalanan amilləri nəzərə alaraq gömrük qanunvericiliyinin pozulmasının, dövlət büdcəsinə çatacaq vergi və rüsumlardan yayınmanın qarşısının alınması, ölkənin ekoloji vəziyyətinin qorunması məqsədilə xarici dövlətlərdə daimi qeydiyyatda olan XİFMN-in 8703 və 8711 mal mövqelərinə aid avtonəqliyyat vasitələrinin müvəqqəti olaraq ölkəyə gətirilməsi zamanı nəzarət tədbirlərini gücləndirib”.

 

Komitənin şərhindən hali olduq. Bəs bu qayda cəmiyyətdə necə qarşılanır?

Image result for Elməddin muradlı

Müəllif: Təranə Xudabaxşiyeva      2 Dekabr 2019 19:05
Cəmiyyət bölməsinə aid digər xəbərlər
24 Fevral
23:11
Diqqət uşaqlara – Uşaqlar, diqqət!
24 Fevral
21:20
Azərbaycansayağı “mexaniki səvhlər” – Buna da şükür
24 Fevral
19:25
Nazirlik ağciyərimizə bıçaq sancılmasına şərait yaradır
24 Fevral
16:07
Əhalinin qar sevinci ürəyində qaldı, rəsmilər isə “qış nağılı” danışır
24 Fevral
14:47
Azərbaycanda daha 2 nəfər COVID-19-dan vəfat edib
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin