Qazaxıstanda Birinci Prezident Günü qeyd olunur

Qazaxıstanda Birinci Prezident Günü qeyd olunur

Bayram Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin respublika qarşısında xidmətlərini qeyd etmək və tanımaq üçün təsis olunub

 

Qazaxıstanda Respublikanın Birinci Prezidenti Günü qeyd edilir. AYNA xəbər verir ki, yeni dövlət bayramı ölkədə 2012-ci ildən qeyd olunur.

 

Bayram Qazaxıstanın birinci prezidenti Nursultan Nazarbayevin respublika qarşısında xidmətlərini qeyd etmək və tanımaq üçün təsis olunub.

 

Nazarbayev Qazaxıstana demək olar, 30 il başçılıq edib. O, bu il martın 20-də dövlət başçısının səlahiyyətlərini təhvil verib. Senatın keçmiş spikeri Kasım-Jomart Tokaev ölkənin yeni prezidenti olub.

 

Nazarbayev Təhlükəsizlik Şurasının başçısı və hakimiyyət partiyasının lideri vəzifələrində qalıb. 

 

Müəllif: Ayna.az      1 Dekabr 2019 11:50
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin