"AVR0-2020"nin püşkatma mərasimi sona çatıb

"AVR0-2020"nin püşkatma mərasimi sona çatıb

Püşkatmaya əsasən Türkiyə milli komandası Bakıya gələcək

 

AVRO-2020-nin püşkatma mərasimi sona çatıb. AYNA xəbər verir ki, 2020-ci ildə start götürəcək çempionat Azərbaycanın paytaxtı Bakı da daxil olmaqla, Avropanın 13 şəhərində keçiriləcək.


Rumıniyanın paytaxtı Buxarestdə baş tutan mərasim Azərbaycan futbol azarkeşləri üçün də maraqlı anlarla yadda qalıb. 


Belə ki, A qrupunda mübarizəyə qoşulacaq Türkiyə milli komandası görüşlərindən ikisini paytaxt Bakıda keçirəcək.


İtaliya, İsveçrə və Uels yığmaları ilə eyni qrupda yer alan qardaş ölkə təmsilçisi turnirin açılış matçında İtaliya ilə qarşılaşacaq.


AYNA AVR0-2020-nin qruplarını təqdim edir:

 

A: Türkiyə, İtalya, İsveçrə, Uels

 

B: Belçika, Rusiya, Danimarka, Finlandiya

 

C: Ukrayna, Hollandiya, Avstriya, (Gürcüstan, Şimali Makedoniya, Kosova, Belarusiya) Pley-Off qalibi

 

D: İngiltərə, Xarvatiya, Çexiya, (Şotlandiya, Norveç, Serbiya, İsrail) Pley-Off qalibi

 

E: İspaniya, Polşa, İsveç, (Bosniya və Herseqovina, Slovakiya, İrlandiya, Şimali İrlandiya) Pley-Off qalibi

 

F: Almaniya, Fransa, Portuqaliya, (İslandiya, Bolqarıstan, Macarıstan, Ruminiya) Pley-Off qalibi

 

Qeyd edək ki, 2020-ci ildə baş tutacaq turnir UEFA tərəfindən təşkil edilən sayca 16-cı Avropa Çempionatdır.

Müəllif: Mərahim Nəsib      30 Noyabr 2019 23:05
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin