Bakı polisi Lökbatanda keçirilən mitinqlə bağlı məlumat yaydı

Bakı polisi Lökbatanda keçirilən mitinqlə bağlı məlumat yaydı

Qaradağ rayonunun Lökbatan qəsəbəsində mitinq keçirilib

 

Bakı Şəhər Baş Polis İdarəsi Azərbaycan Xalq Hərəkatının keçirdiyi aksiya ilə bağlı məlumat yayıb.

 

İdarənin Mətbuat Xidmətindən AYNA-ya daxil olan açıqlamada deyilir:

 

"Noyabrın 30-da özünü Azərbaycan Xalq Hərəkatı adlandıran qurumun paytaxtın Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "Neftçi" idman klubunun təlim bazasında Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqi keçirilib.

 

Saat 15.00-dan 17.00-dək davam edən toplantıda həmin qurumun ümumi sayı 450 nəfərədək olan üzvü və təəssübkeşi iştirak edib.

 

Mitinq zamanı ictimai asayişin və hüquq qaydasının pozulması halları qeydə alınmayıb".

 

Müəllif: Ayna.az      30 Noyabr 2019 17:30
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin