Tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər
Bakıda iki tələbə qidadan zəhərlənib.
Səhiyyə Nazirliyindən AYNA-ya verilən məlumata görə, Nizami rayonunun NZS qəsəbəsində iki nəfərin qidadan zəhərlənməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 07:59 da daxil olub.
Ünvana gedən həkimlər oradan zəhərlənmə ehtimalı ilə 21 və 22 yaşlı tələbə oğlanları götürüblər.
3 saylı şəhər xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər. Onlara lazımı tibbi yardım göstərilib. Müalicələri davam edir.
Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin yataqxanasında da zəhərlənmə hadisəsi baş vermişdi. İlkin ehtimala görə, qidadan zəhərlənən 1 qız tələbə ölmüş, digər ikisi isə xəstəxanaya yerləşdirilmişdi. Noyabrın 26-da isə Bakıda Xəzər Universitetinin altı tələbəsi dəm qazından zəhərlənmişdi. Onlar əvvəlcə Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş, daha sonra vəziyyətləri qənaətbəxş hesab edildiyindən artıq tələbələr evə buraxılmışdılar.
Ən son xəbərləri səhifəmizdən də izləyin