Surinam prezidenti 20 il müddətinə azadlıqdan məhrum edildi

Surinam prezidenti 20 il müddətinə azadlıqdan məhrum edildi

Ölkə prezidenti hazırda Çində rəsmi səfərdədir və məhkəmə qərarını şərh etməyib

 

Surinam prezidenti Dezi Bouterse 1982-ci ildə 15 siyasi rəqibinin öldürülməsinə görə 20 il həbs cəzasına məhkum edilib.

 

AYNA “Report”a istinadən xəbər verir ki, istintaq 2007-ci ildə başladılıb. “Dekabr cinayətləri” adlanan siyahıda ölkənin ən məşhur hüquqşünasları, jurnalistləri, müəllimləri var. Onların qətlə yetirilməsi ilə bağlı ittihamlar Bouterse ilə yanaşı daha 24 nəfərə qarşı sürülüb.

 

Ölkə prezidenti hazırda Çində rəsmi səfərdədir və məhkəmə qərarını şərh etməyib. 2007-ci ildə o, qətllərə görə “siyasi məsuliyyət” daşıdığını etiraf etmiş və ictimai şəkildə üzr istəmişdi. 

 

Ancaq istintaqın aparıldığı dövrdə cinayətlərin baş verdiyi ərazilərdə şəxsən iştirak etməməsini israr etmişdi. Öldürülən şəxslərin ailələrinin vəkili Hyu Essed, prezidentin dərhal istefa verməli olduğunu söyləyib.

 

Müəllif: Ayna.az      30 Noyabr 2019 07:38
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin