Tamaşaçıları ovsunlamaq istəyərkən özü ovlandı

Tamaşaçıları ovsunlamaq istəyərkən özü ovlandı

Sehrbaz şou proqram vaxtı başından vurulub

 

AYNA xəbər verir ki, Cənubi Afrikada keçirilən 2019 Beynəlxalq İncəsənət Festivalı zamanı sehrbaz Li Lau tamaşa zamanı yanlışlıqla başından oxla vurulub.

 

Yaralanan sehrbaz təcili xəstəxanaya aparılıb. Tamaşaçılar isə zaldan çıxarılıb.

 

Təşkilatçılar gənc sehrbazın vəziyyətinin yaxşı olduğunu, sadəcə başının arxa hissəsinə tikiş atıldığını bildiriblər.

[Haber görseli]

Daha sonra jurnalistlərin suallarını cavablandıran Li Lau səhnədəki tərəf müqabili Peeli müdafiə edib, onun günahının olmadığını deyib.

Müəllif: Ayna.az      1 İyul 2019 22:58
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin