Bir ailənin 4 üzvü qidadan zəhərlənib

Bir ailənin 4 üzvü qidadan zəhərlənib

İki qız uşağı, ana və nənə həkimlər tərəfindən xəstəxanaya çatdırılıb

 

Biləcəri 5-ci Şimal küçəsində yerləşən fərdi yaşayış sahəsində, bir ailənin 4 üzvü zəhərlənib. Bu barədə ötən gecə saat 22:27-də Təcili Tibbi Yardıma (TTY) məlumat  daxil olub.

 

Səhiyyə Nazirliyindən AYNA-ya verilən məlumata görə, ünvana gələn TTY briqadasının həkimləri evdən 11 və 16 yaşlı qızları, onların 37 yaşlı anasını və 59 yaşlı nənəsini götürüblər. Azyaşlılar 2 saylı uşaq xəstəxanasına, ana ilə nənə isə Kliniki Tibbi Mərkəzə (KTM) çatdırılıblar.

 

Həkimlərlə söhbət zamanı xəstəxanaya çatdırılanlar, istifadə müddəti bitmiş yağ yediklərini bildiriblər. Hazırda müalicələri davam edir.

 

Səhər saat 09:07 üçün 2 saylı uşaq xəstəxanasından verilən məlumata görə, qızlara lazımı tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur. Müalicələri bitdikdən sonra yaxın günlərdə evə yazılacaqlar.

 

Kliniki Tibbi Mərkəzdə olan ana ilə nənə isə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar.

Müəllif: Ayna.az      29 Noyabr 2019 11:04
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin