Teymur Rəcəbov Qran-Pridən imtina etdi

Teymur Rəcəbov Qran-Pridən imtina etdi

Rəcəbovu turnirdə kimin əvəzləyəcəyi turnir öncəsi dəqiqləşəcək

 

Azərbaycan şahmatçısı Teymur Rəcəbov Qran-Prinin IV mərhələsində iştirak etməyəcək.

 

AYNA-nın APA-ya istinadən məlumatına görə, qrossmeysterin İsrailin Yerusəlim şəhərində təşkil olunacaq turniri buraxmasına səbəb sağlamlığında problemlərin yaranmasıdır.

 

O, artıq yarışda iştirakdan imtina edib. T.Rəcəbovu turnirdə kimin əvəzləyəcəyi turnir öncəsi dəqiqləşəcək. Zəruri tibbi araşdırma aparan FİDE şahmatçının müraciətinin əsassız olmadığına əminliyini təsdiqləyib.

 

Qeyd edək ki, mərhələ yarışı dekabrın 11-23-də olacaq.

 

Müəllif: Ayna.az      29 Noyabr 2019 06:37
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin