“DEVRİM” qapadılıb

“DEVRİM” qapadılıb

AQTA Gəncədə süd və süd məhsullarının istehsalı sexinin fəaliyyətini məhdudlaşdırıb

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA daxil olan məlumata əsasən, Agentliyin əməkdaşları Gəncə şəhəri, Şəhriyar küçəsi ev 42 ünvanında fəaliyyət göstərən “DEVRİM” MMC-yə məxsus süd və süd məhsullarının istehsalı sexində yoxlama keçiriblər.

Qurumun mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, yoxlama zamanı müəssisənin antisanitar şəraitdə, qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinə riayət etmədən fəaliyyət göstərdiyi müəyyən edilib. Müəssisədə xüsusi risk qrupuna daxil olan məhsullardan olan südün ilkin emalı və süd məhsullarının istehsalı zamanı normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb.

Belə ki, sexdə istifadə edilən südün keyfyyətinin yoxlanılması, kənar qarışıqlardan təmizlənməsi, pasterizasiyası, soyudulması, saxlanması qaydalarının kobud şəkildə pozulduğu müəyyən edilib. Qanunvericiliyin tələblərinə uyğun olaraq müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

Müəllif: Ayna.az      28 Noyabr 2019 19:02
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin