Şəhərin mərkəzində ağır qəza

Şəhərin mərkəzində ağır qəza

Hadisə yerinə FHN-in xilasediciləri cəlb olunub

 

Bakı şəhərinin Səbail rayonunda 1 nəfər yük avtomobilinin banında, armatur bağlamasının altında sıxılı vəziyyətdə qalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə müraciət daxil olub.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri, 1957-ci il təvəllüdlü Məmmədov Güloğlan Qələmdar oğlunun meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Müəllif: Ayna.az      28 Noyabr 2019 12:17
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin