Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı toplanır

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı toplanır

İclasda KTMT-yə üzv ölkələr arasında hərbi əməkdaşlığın gücləndirilməsi və bir sıra digər məsələlər müzakirə ediləcək

 

Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olan ölkələrin iclası olacaq. AYNA xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. 

 

İclasda KTMT-yə üzv ölkələr arasında hərbi əməkdaşlığın gücləndirilməsi, Tacikistan-Əfqanıstan sərhədindəki vəziyyət və beynəlxalq təhlükəsizliklə bağlı bir sıra məsələlər müzakirə ediləcək.

 

Qeyd edək ki, təşkilata Belarus, Qazaxıstan, Qırğızıstan, Ermənistan, Rusiya və Tacikistan daxildir.

Müəllif: Ayna.az      28 Noyabr 2019 11:39
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin