“Don Kasmurro” ilk dəfə orijinaldan tərcümədə

“Don Kasmurro” ilk dəfə orijinaldan tərcümədə

Portuqaldilli ədəbiyyatın Şekspiri sayılan Maşado de Assisin kitabının təqdimatı olacaq

 

Maşado de Assisin portuqal dilində qələmə aldığı “Don Kasmurro” romanı ilk dəfə 1899-cu ildə işıq üzü görüb. Sadə insanların, kənardan məsum və günahsız görünən kişi və qadınların riyakar həyat tərzi əsərdə fərqli dildə, fərqli ifadə tərzində oxucuya təqdim edilir.

 

Portuqaldilli ədəbiyyatın Şekspiri adlandırılan Maşado de Assisin “Don Kasmurro” əsəri ilk dəfə orijinal dildən Nigar Sultanova tərəfindən TEAS Press Nəşriyyatında çap edilib.

AYNA xəbər verir ki, kitabın təqdimatı 27 noyabr, saat 19:00-da “Libraff” kitab mağazasının Elmlər Akademiyası filialında keçiriləcək. Tədbirdə Braziliya hökumətinin ölkəmizdəki səfiri və bir sıra digər rəsmi şəxslərin iştirakı gözlənilir.

 

Tədbirin xüsusi qonağı olan Azərbaycanın tanınmış piano ifaçısı və bəstəkarı İsfar Sarabski ifası ilə qonaqları sevindirəcək. 

 

Giriş sərbəstdir!

 

Daha ətraflı məlumat üçün:

 

www.teaspress.az

www.instagram.com/teaspressaz

www.facebook.com/teaspress

Müəllif: Ayna.az      27 Noyabr 2019 15:47
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin