Zəhərlənən tələbə qızlardan yeni xəbər var

Zəhərlənən tələbə qızlardan yeni xəbər var

Tələbə qızlar bu gün evə buraxılıblar

 

Bakı Dövlət Universitetinin (BDU) yataqxanasında zəhərlənmiş tələbə qızlardan yeni xəbər var.

 

AYNA-ya Səhiyyə Nazirliyindən verilən məlumata görə, tələbə qızlar bu gün evə buraxılıblar.

 

"21 noyabr tarixində Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasından zəhərlənmə diaqnozu ilə Təcili Tibbi Yardımla Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə çatdırılan 2 tələbə qız bugün saat 14:50-də evə yazılıblar", - deyə nazirlikdən bildirilib.

 

Xatırladaq ki, noyabrın 21-də BDU-nun 2 saylı yataqxanasında yaşayan 3 tələbə qız zəhərlənib. Onlardan biri - 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı dünyasını dəyişib. İki tələbə isə - 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı və İbadova Həmidə Bünyamiddin qızı 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib.

 

Hadisə ilə bağlı Bakı Şəhər Prokurorluğunda cinayət işi başlanılıb, istintaq aparılır.

Müəllif: Ayna.az      27 Noyabr 2019 15:30
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin