"Qalatasaray"ın uğursuzluq seriyası davam edir

"Qalatasaray"ın uğursuzluq seriyası davam edir

Türkiyə təmsilçisi doğma meydandan sülhlə ayrılıb

 

Çempionlar Liqasında 5-ci turun ilk oyunları başa çatıb. AYNA xəbər verir ki, Türkiyənin "Qalatasaray" komandası doğma meydanda Belçikanın "Brügge" komandasının əzmini qıra bilməyib. 

 

Oyuna yaxşı başlayan "Cim-Bom" 11- ci dəqiqədə hesabı açıb. Ömər Bayramın ötürməsini Adəm Böyük dəqiqliklə tamamlayıb.

 

Lakin Türkiyə təmsilçisi qələbəni sona qədər qoruyub saxlaya bilməyib. 

 

Rəqib oyunun sonuna artırılmış əlavə dəqiqələrdə bərabərlik qolunu vurub. 

 

Beləliklə, 5 turdan sonra qələbəyə həsrət qalan "Qalatasaray" xallarının sayını 2-yə yüksəltsə də, hələ də sonuncu pillədədir.

 

Müəllif: Mərahim Nəsib      27 Noyabr 2019 00:16
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin