"Qalatasaray" Arda Turanı komandaya qaytarmaq istəyir

"Qalatasaray" Arda Turanı komandaya qaytarmaq istəyir

 Arda Turan 2005 - 2011-ci illərdə "Qalatasaray"ın formasını geyinib

 

Türkiyənin "Qalatasaray" klubu sabiq futbolçusu Arda Turanı komandaya qaytarmaq istəyir. AYNA "Report"a istinadən xəbər verir ki, "sarı-qırmızılar" yanvar ayında 32 yaşlı yarımmüdafiəçi üçün "Başakşehir" klubuna təklif göndərəcək.

 

Tərəflər arasında razılıq əldə olunarsa, "Qalatasaray" təcrübəli futbolçunun müqavilə ilə məxsus olduğu İspaniya "Barselona"sı ilə görüşəcək və transferi tamamlayacaq.

 

Arda Turanı icarə əsasında heyətə cəlb etmək istəyən İstanbul təmsilçisi "Barselona"ya və ya "Başakşehir"ə hər hansı bir məbləğ ödəməyəcək.

 

Qeyd edək ki, Arda Turan 2005 - 2011-ci illərdə "Qalatasaray"ın formasını geyinib. O, İspaniyada "Atletiko"dakı çıxışı ilə adından söz etdirib. Oyunçunun 2016-cı ildən sonra "Qalatasaray"ın baş məşqçisi Fatih Terimlə münasibəti pisləşsə də, onlar "Qalatasaray" - "Başakşehir" (0:1) matçında barışıblar. 

 

Müəllif: Ayna.az      27 Noyabr 2019 04:19
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin