Futbol azarkeşlərinin diqqətinə!

Futbol azarkeşlərinin diqqətinə!

Çempionlar Liqasında növbəti turun oyunları baş tutacaq

 

Bu gün Çempionlar Liqasında növbəti turun oyunları baş tutacaq. AYNA xəbər verir ki, Azərbaycan tamaşaçısı tərəfindən kifayət qədər sevilən, Türkiyənin “Qalatasaray” klubu bu gün növbəti oyununu keçirəcək.

 

Qrupdan çıxmaq üçün bütün şanslarını itirən Türkiyə çempionu, daha çox qrup üçüncülüyünü təmin etməyə çalışacaq. Türklər bunun üçün Belçikanın “Brügge” komandası ilə münasibətlərə aydınlıq gətirəcəklər.

 

Günün digər qarşılaşması “Lokomotiv Moskva” və “Bayer Leverkuzen” arasında baş tutacaq. Komandalar Avroliqaya vəsiqə qazanmaq üçün 3-cü yer uğrunda mübarizəyə qoşulacaq.

 

Hər iki qarşılaşma Bakı vaxtı ilə 21.55-də başlayacaq.

 

Turun digər oyunları isə sabahdan etibarən start götürəcək.

Müəllif: Ayna.az      26 Noyabr 2019 15:44
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin