Mədəniyyət xadimi vəfat edib

Mədəniyyət xadimi vəfat edib

O, beyin xərçəngindən əziyyət çəkirmiş

 

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasının prodüseri İlqar Musayev vəfat edib. O, dünən gecə saatlarında dünyasını dəyişib.

 

AYNA xəbər verir ki, bu barədə kinoprodüserin yaxınları məlumat paylaşıblar. Məlumatlara görə, İ.Musayev beyin xərçəngindən əziyyət çəkirmiş.

Qeyd edək ki, İlqar Musayev “Cavanşir” (2002, animasiya filmi), “Basat və Təpəgöz” (2003, animasiya filmi), “Bəyaz həyat” (2003, bədii serial), “Arxada qalmış gələcək” (2004, tammetrajlı bədii film) “Qızıl” (2004, animasiya filmi), “Ərazi” (2005, qısametrajlı bədii film), “Əlvida, cənub şəhəri” (2006, tammetrajlı bədii film), “Cavid ömrü” (2007, tammetrajlı bədii film) və b. filmlərdə inzibatçı və kinoprodüser kimi işləyib.

Müəllif: Ayna.az      26 Noyabr 2019 12:45
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin