İki avtomobil yanıb

İki avtomobil yanıb

Yanğınlar yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

 

Balakən rayonunun Qasbinə kəndində "Opel" markalı minik avtomobilinin salon hissəsi yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Göyçay rayonunun Cəyirli kəndində isə "ВАЗ" markalı minik avtomobilinin mühərrik hissəsi qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az      26 Noyabr 2019 12:05
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin