Braziliya Cui-Citsu üzrə Azərbaycan çempionatı keçirilib

Braziliya Cui-Citsu üzrə Azərbaycan çempionatı keçirilib

Yarışda respublikada fəaliyyət göstərən 32 klubdan 250-dən çox idmançı mübarizəyə qoşulub 

 

Braziliya Ciu-Citsu Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq mərkəzində Cui-Citsu üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib 23-24 noyabr 2019-cu il tarixlərində Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi ilə birgə razılaşdırılmış şəkildə Braziliya Ciu-Citsu döyüş növü üzrə Azərbaycan birinciliyi və çempionatı keçirilib.

 

AYNA xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq mərkəzinin təşkilati dəstəyilə ilə keçirilən çempionat müxtəlif yaş qrupları, müxtəlif çəki dərəcələri və kəmər sahibləri uşaqlar, yeniyetmələr, böyüklər və veteranlar arasında baş tutub.  

 

Ölkə birinciliyinin açılış mərasimində Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin prezidenti Aqil Acalov çıxış edərək öncə qonaqları salamlayıb. O çıxışı zamanı həmçinin 2019-cu il ərzində klubun keçirdiyi yerli və beynəlxalq yarışlar, həmçinin tanınmış idman ustalarının iştirakı ilə keçirilən seminarlarla bağlı yarış iştirakçılarına məlumat verib. Bundan sonra o ölkəmizdə idmana olan münasibət, ölkə başçısı cənab Prezident İlham Əliyevin idmana olan diqqət və qayğısından, həmçinin Braziliya Ciu-Citsu idman növünün ölkəmizdə günü-gündən populyarlaşmasından danışıb.

Daha sonra çıxış üçün söz Hərbiçilərin və Hüquq-Mühafizə orqanlarının İdman Assosiyasiyasının prezidenti, FHN İdman-Sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayevə verilib. O da öz növbəsində İdman Sağlamlıq Mərkəzinin açılışından danışaraq qısa müddət ərzində bu mərkəzdə artıq bir neçə beynəlxalq yarışın keçriildiyini bildirib. O, həmçinin Braziliya Ciu-Citsu idman növünün ölkədə inkişafından və bu idman növünə artan maraqdan danışıb.

Bundan sonra açılış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edib. O da öz növbəsində ölkə başçısı cənab Prezident İlham Əliyevin idmana xüsusi qayğı göstərdiyini vurğulayaraq ilk növbədə onu dərin minnətdarlığnı bildirib. DİN İdman Cəmiyyətinin baş təlimatçısı, respublikanın əməkdar məşqçisi, Kombat Ciu-Citsu üzrə beşinci dan qara kəmər sahibi, Avrasiya Kombat Ciu-Citsu Federasiyasının birinci vitse-prezidenti, eyni zamanda keçirilən yarışın baş hakimi Rəsul Məmmədov öz çıxışı zaman Ciu-Citsu döyüş sənəti haqda məlumat verib.

 

Sonra isə Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin təsisçisi və idarə heyətinin sədri Taleh Həsənov çıxış edərək qonaqları salamlayıb və idmançılara müvəffəqiyyətlər arzulayıb.

Açılış mərasimində, həmçinin Beynəlxalq Dünya Ciu-Citsu Federasiyasının prezidenti Kan-Co Robert Hart, Bolqarıstan Respublikası Ciu-Citsu Federasiyasının prezidenti Yavor Dyankov, Rusiya Federasiyasının Moskva şəhəri üzrə Xüsusi-təyinatlı dəstəsinin beynəlxalq dərəcəli təlimatçısı İqor Zorin kimi bir sıra qonaqlar da iştirak edib. 

 

FHN-nin İdman-Sağlamlıq mərkəzinin rəisi polkovnik Füzuli Musayev xarici qonaqlara qiymətli hədiyyələr təqdim edib və xatirə şəkilləri çəkilib. Tədbirin açılış mərasimində həmçinin tanınmış müğənni Fuad Musayev, "Cigitlər" rəqs qrupu çıxış edib, həmçinin DİN İdman Cəmiyyətinin Ciu-Citsu ustaları öz məharətlərini göstəriblər.

Yarışda respublikada fəaliyyət göstərən 32 klubdan 250-dən çox idmançı mübarizəyə qoşulub. Çempionatda idmançılar Braziliya Ciu-Citsu idman növünün Gİ və No-Gi versiyası üzrə mübarizə aparıblar. Yarışın qalibləri Azərbaycan Braziliya Ciu-Citsu Klubu İctimai Birliyinin və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin diplomları və medalları ilə təltif olunublar.

Müəllif: Ayna.az      25 Noyabr 2019 19:46
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin