İlham Əliyev Hacımurad Qatsalova orden verib

İlham Əliyev Hacımurad Qatsalova orden verib

Dövlət başçısı sərəncam imzalayıb

 

Prezident İlham Əliyev Hacımurad Qatsalovu mükafatlandırıb. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, bununla bağlı imzalanan sərəncamda deyilir:

 

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

 

Azərbaycan və Rusiya xalqları arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Qatsalov Hacımurad Harumoviç “Dostluq” ordeni ilə təltif edilsin”.

Müəllif: Ayna.az      25 Noyabr 2019 15:27
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin