Bakıda torpaq sürüşməsi magistral su xəttini sıradan çıxarıb

Bakıda torpaq sürüşməsi magistral su xəttini sıradan çıxarıb

Baş Nazir Əli Əsədov Bakının sürüşmə ərazisinə gəlib

 

Bibiheybət qəsəbəsi ərazisindən keçən 500 mm diametrli magistral su xəttində qəza baş verib. Qəzaya səbəb ərazidə yaşanan torpaq sürüşməsi olub.

 

“Azərsu” ASC-dən AYNA-ya verilən məlumata görə, qəza ilə əlaqədar Səbail rayonu 20-ci sahə, Bibiheybət və Şıxov qəsəbələrinə içməli suyun verilməsi dayandırılıb. Su təchizatı qəzanın aradan qaldırılması işləri yekunlaşdıqdan sonra bərpa ediləcək.

 

Baş Nazir Əli Əsədov Bakının sürüşmə ərazisinə gəlib. O, hadisə yerinə baxış keçirib.

 

Bundan başqa, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov və digər qurumların rəhbərləri də hadisə yerinə baş çəkiblər.

 

Qeyd edək ki, noyabrın 24-də Bakının Səbail rayonu, Bibiheybət qəsəbəsində torpaq sürüşməsi baş verib. Hadisə nəticəsində əraziyə gedən yol bağlanıb.

Müəllif: Ayna.az      25 Noyabr 2019 11:09
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin