Xırdalanda iki avtomobil toqquşdu

Xırdalanda iki avtomobil toqquşdu

Hadisə nəticəsində ölən və yaralanan olmayıb 

 

Abşeron rayonunun Xırdalan şəhərində avtomobil qəzası baş verib.

 

AYNA xəbər verir ki, hadisə şəhərin Mehdi Hüseyn küçəsində qeydə alınıb.

 

VAZ-2107 markalı avtomobil,  Az-Samand markalı avtomibilə çırpılıb.

 

Hadisə nəticəsində hər iki avtomobil ciddi zərər görsə də, ölən və yaralanan olmayıb.

 

Abşeron rayonu polis idarəsinin əməkdaşları hadisə yerinə cəlb olunub və ilkin araşdırmalara başlayıblar.

 

Müəllif: Ayna.az      23 Noyabr 2019 18:42
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin