“Rusiyada Azərbaycana maraq getdikcə artır”

“Rusiyada Azərbaycana maraq getdikcə artır”

Federasiya Şurasının sədri: Pavilyon Azərbaycanı Rusiyada tanıdacaq

 

Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyeva ilə Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko Moskvada Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (VDNX), əsaslı yenidənqurma aparılan Azərbaycan pavilyonunun açılışında iştirak ediblər.

 

AYNA “Report”a istinadən xəbər verir ki, Matviyenko Rusiya-Azərbaycan münasibətlərindən danışıb: "Tarixi görkəminə uyğun yenidən qurulan pavilyonda Azərbaycanın bütün füsunkarlığını təqdim etmək imkanı əldə etmişik. Həm iqtisadiyyat, həm mədəniyyət, həm də humanitar sahə nəzərdə tutulur. Olduqca gözəl, adına layiq olub”.

 

O, iki ölkə arasındakı münasibətlərin artan xətlə inkişaf etdiyini vurğulayıb: “Rusiyada Azərbaycana maraq getdikcə artır, VDNX-dakı bu pavilyon da Azərbaycanı Rusiyada tantmaq üçün daha bir vasitə olacaq”.

 

Qeyd edək ki, hələ 1939- cu ildə o zamankı Ümumittifaq Kənd Təsərrüfatı Sərgisində Sadiq Dadaşovla Mikayıl Hüseynovun layihəsi əsasında tikilən və “Azərbaycan SSR” adı verilən pavilyonun fasadı görkəmli tişə ustası Fuad Əbdürrəhmanovun heykəltaraşlıq əsərləri ilə bəzədilmişdi.

Müəllif: Ayna.az      23 Noyabr 2019 15:11
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin