Françesko Totti: "Roma" qayıtmağımı istəsə, imtina edəcəyəm

Françesko Totti: "Roma" qayıtmağımı istəsə, imtina edəcəyəm

"Müəyyən bir yolu izləməyi qərara aldıqda onu tamamlayıram"

 

İtaliyanın "Roma" komandasının sabiq futbolçusu Françesko Totti kluba qayıtmayacağını söyləyib. AYNA "Report"a istinadən xəbər verir ki, 43 yaşlı sabiq hücumçu həssas insan olduğunu bildirib: "Müəyyən bir yolu izləməyi qərara aldıqda onu tamamlayıram. "Roma" qayıtmağımı istəsə, bu, mənə çətinliklər yaradacaq. Amma imtina edəcəyəm. Qərarıma da hörmət edirəm". 

 

Qeyd edək ki, Françesko Totti "Roma"da 1989-cu ildə gənclər komandasında debüt edib. O, 1992-ci ildə əsas heyətdə ilk matçını keçirib. Totti bütün peşəkar karyerasını (1992-2017) paytaxt təmsilçisinə həsr edib. O, daha sonra klubun direktoru təyin olunsa da, bu ilin iyun ayında istefa verib. 

 

Müəllif: Ayna.az      23 Noyabr 2019 20:32
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin