Dortmundda sensasiya qeydə alınıb

Dortmundda sensasiya qeydə alınıb

Almaniya Bundesliqasında XII tura start verilib

 

Günün yeganə qarşılaşması Dortmundda baş tutub. AYNA APA-ya istinadən xəbər verir ki, “Borussiya” çempionatın autsayderi “Paderborn”u qonaq edib. Qarşılaşmada sensasiya qeydə alınıb.

 

Qonaqlar adlı-sanlı rəqibindən bir xal ala biliblər. Hərçənd autsayder qələbə də qazanmağa yaxın olub. İlk yarıda üç qol vuran qonaq komanda fasilədən sonra buraxılan toplarla sülhə imza atıb.


 
Qeyd edək ki, turun digər oyunları noyabrın 23-24-də keçiriləcək.

 

Almaniya Bundesliqası


XII tur


22 noyabr


23:30. “Borussiya” D – “Paderborn” – 3:3


Sanço, 47, Vitsel, 84, Roys, 90 – Mamba, 5, 37, Holtmann, 43

 

Müəllif: Ayna.az      23 Noyabr 2019 04:43
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin