Niderlandda bütün oyunlar dayandırılıb

Niderlandda bütün oyunlar dayandırılıb

Futbolçular dayanaraq matçı saxlayıblar

 

Niderland çempionatının ikinci divizionunun XVI turu qeyri-adi aksiya ilə diqqət mərkəzinə düşüb.

 

AYNA-nın məlumatına görə, bütün oyunların 1-ci dəqiqəsində futbolçular dayanaraq matçı saxlayıblar.

 

Ölkənin futbol federasiyasının dəstəyi ilə baş tutan aksiya irqçiliklə mübarizə xarakteri daşıyır. Oyunların keçirildiyi bütün arenalarda “İrqçilik? Onda biz oynamayacağıq” ismarışı nümayiş olunub.

 

Bu, ötən turun noyabrın 17-də keçirilən qarşılaşma zamanı yaşanan hadisəyə cavab xarakteri daşıyıb. Həmin gün “Den Boş” - “Ekselsior” görüşündə meydan sahiblərinin azarkeşləri rəqib hücumçu Əhməd Moreyranı təxribata çəkiblər. Buna etiraz edən futbolçu meydandan çıxıb. Hakim də dərhal matçı dayandırıb. Qarşılaşma bərpa olunandan sonra irqçiliyin qurbanı meydana dönərək qol da vurub.

 

Müəllif: Ayna.az      23 Noyabr 2019 00:54
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin