Ölkəyə dollar keçirilməsinin qarşısı alınıb

Ölkəyə dollar keçirilməsinin qarşısı alınıb

Gömrükdə külli miqdarda xarici valyuta aşkarlanıb

 

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanı Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar. Bu barədə AYNA-ya Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.

 

Bildirilib ki, Bakı-Urumçi aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşı xarici valyutanı gömrük nəzarətinə təqdim, elektron və ya yazılı formada bəyan etmədən "Qırmızı kanal" buraxılış sistemindən istifadə edib. Lakin şəxsi əşyaları rentgen aparatından keçirilən zaman sərnişində gömrüyə bəyan olunmayan malların olması barədə əsaslı şübhə yaranıb. Bu səbəbdən də o, sorğu-sual edilib və üzərində 8000 ABŞ dolları pul vəsaiti olduğunu bildirib.

 

Şəxsi yoxlama zamanı vətəndaşın şalvarının, pencəyinin ciblərində və pul qabının içərisində, ümumilikdə 19500 ABŞ dolları aşkar edilib.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      22 Noyabr 2019 12:46
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin