Əsas səhifə Haqqımızda Xəbər lenti

Vergidən yayınma hallarına qarşı tədbirlər davam etdirilir

Vergidən yayınma hallarına qarşı tədbirlər davam etdirilir

Azərbaycanda bütün fəaliyyət sahələrində və ticarət obyektlərində dövriyyələrin şəffaflaşması baş tutmalıdır. Bu barədə jurnalistlərə Vergilər nazirinin müşaviri Xəqani Abdullayev bildirib.

Onun sözlərinə görə, yaradılmış stimullar imkan verir ki, dövriyyələr daha çox könüllü formada şəffaflaşsın. Dövriyyələr şəffaflaşdıqca vergitutma bazası genişlənir və bu da daxilolmaların artması ilə nəticələnir.

"Eyni zamanda vergidən yayınma hallarına qarşı da öz tədbirlərimizi davam etdiririk", -  deyə X. Abdullayev əlavə edib.

12 İyun 2019 11:16
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin