Gələn həftədən etibarən "Türk filmləri həftəsi" başlayır

Gələn həftədən etibarən "Türk filmləri həftəsi" başlayır

Rəsmi hissədən sonra rejissor Şükrü Alaçamın “Locman” bədii filmi nümayiş olunacaq

 

Gələn həftədən etibarən Bakıda beşinci dəfə "Türk filmləri həftəsi" başlayır. 

 

AYNA xəbər verir ki, noyabrın  25-də  Nizami Kino Mərkəzində Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin, Türkiyənin Azərbaycandakı səfirliyinin, Yerli Düşüncə Dərnəyinin, TİKA agentliyinin, təşkilatçılığı və Nizami Kino Mərkəzinin dəstəyi ilə “5-ci Türk Filmləri Həftəsi – Bakı”nın açılış mərasimi keciriləcək. 



Açılış mərasiminə Türkiyədən gələn AK Parti Ordu millət vəkili və Yerli Düşüncə Dərnəyinin baş direktoru Metin Gündoğdu, “Locman” filminin rejissoru Şükrü Alaçam, istehsalçı Oya Işıl Cuhadar, aktyorları Yeliz Kuvancı və Nisa Sofiya Aksongur, “Çakallarla Dans 5” filminin rejissoru Murat Şeker, aktyorlar Hande Katipoğlu ve Çağla Irmak, “Kapan” filminin rejissoru Seyid
Çolak, ssenaristi Güven Adıgüzel, “Annem” filminin rejissoru Mustafa Kotan, həmçinin FİYAP Baş katibi Ahmet Edebali, SETEM Baş Direktoru Mehmet Güleryüz, “Star” qəzetinin mədəniyyət-sənət redaktoru Bedir Acar, "Türk Filmləri Həftəsi"nin lahiyə assistenti Fatma Gezer ve "Türk Filmləri Həftəs"inın baş koordinatoru Öner Kılıç qatılacaqlar.


Açılış mərasimindən əvvəl, saat 18:30-da Nizami Kino Mərkəzinin Mətbuat zalında KİV nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.

Seyid Çolak adlı şəxsin şəkli.

Rəsmi hissədən sonra rejissor Şükrü Alaçamın “Locman” bədii filmi nümayiş olunacaq.


Qeyd edək ki, Film Həftəsi ərzində noyabrın 26-da “Locman” filmi, 19-00-da “Kapan”; noyabrın 27-də saat 17:00-da “Annem”,19-00-da “Çakallarla dans 5”; noyabrın 28-də saat 17:00-da “Çakallarla dans 5”, 19-00-da “Kapan”; noyabrın 29-da saat 17:00-da “Rafadan Tayfa” 19-00-da “Annem” bədii filmləri şəhər sakinlərinə və şəhərimizin qonaqlarına təqdim olunacaq.


Nümayişlərə giriş sərbəstdir.

Müəllif: Ayna.az      22 Noyabr 2019 12:07
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin