Paytaxtda qəza nəticəsində yol bağlandı - FOTO

Paytaxtda qəza nəticəsində yol bağlandı -       FOTO

Qəza səbəbindən Heydər Əliyev prospektində hər iki istiqamətdə avtomobillərin sıxlığı müşahidə olunur

 

Bakının Heydər Əliyev prospektində (Dövlət Neft Fondu binası yaxınlığında) əsas yolda “Koroğlu” metro stansiyası istiqamətində yol nəqliyyat hadisəsi baş verib. 

 

AYNA-nın hadisə yerində olan əməkdaşı xəbər verir ki, 90 PR 238 dövlət nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək arakəsməyə çıxıb. 

 

Qəza səbəbindən Heydər Əliyev prospektində hər iki istiqamətdə avtomobillərin sıxlığı müşahidə olunur.

Hadisə yerinə Dövlət Yol Polis İdarəsinin, həmçinin sığorta şirkətinin əməkdaşları gəlib. 

Müəllif: Ayna.az      22 Noyabr 2019 10:59
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin