Yenə avtomobil qəzası, yenə ölən və yaralananlar var

Yenə avtomobil qəzası, yenə ölən və yaralananlar var

Ölənlərin hər ikisi qadındır və onlardan birinin şəxsiyyəti məlum olub

 

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

AYNA APA-ya istinadən xəbər verir ki, qəza gecə saatlarında şəhərin Hacı Zeynalabdin qəsəbəsindən keçən avtomagistralda qeydə alınıb.

 

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə ağır bədən xəsarətləri alıb. Ölənlərin hər ikisi qadındır və onlardan birinin şəxsiyyəti məlum olub, o, Aybəniz Əmirovadır.

 

Yaralılar isə 1971-ci il təvəllüdlü Əmirov Elçin Seyid oğlu və onun qardaşı, 1974-cü il Əmirov Məhəmməd Seyid oğlu və 1961-ci il təvəllüdlü Şaban Abramovdur. Xəsarət alanlar xəstəxanaya yerləşdiriliblər.

 

Faktla bağlı araşdırma aparılır. 

 

Səhiyyə Nazirliyindən isə AYNA-ya bildirilib ki, Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində gecə saatlarında baş vermiş qəza nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, müxtəlif dərəcəli bədən xəsarətləri almış 7 nəfər isə Sumqayıt xəstəxanasına çatdırılıb.

 

Onlardan 3-ü reanimasiya,1-i travmatologiya şöbəsinə yerləşdirilib, müalicələri davam edir. 3 nəfər isə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıblar.

Müəllif: Ayna.az      22 Noyabr 2019 10:46
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin