Balotelli komandasının məşqindən qovuldu

Balotelli komandasının məşqindən qovuldu

Paltardəyişmə otağına yollanan oyunçu oradan klubun bazasını ümumiyyətlə tərk edib

 

İtaliya "Breşiya"sının futbolçusu Mario Balotelli komandasının məşqini vaxtından əvvəl başa vurmalı olub.

 

AYNA-nın "Report"a istinadən məlumatına görə, baş məşqçi Fabio Qrosso 29 yaşlı hücumçunu hazırlıq prosesindən kənarlaşdırıb. O, Balotellinin tam gücünü ortaya qoymamasını səbəb göstərib.

 

Paltardəyişmə otağına yollanan oyunçu oradan klubun bazasını ümumiyyətlə tərk edib. "Breşiya"nın mətbuat xidməti isə hadisənin mahiyyətini azaltmağa çalışaraq bildirib ki, təcrübəli forvard ikitərəfli oyunda əvəzləndikdən sonra məşqdən ayrılıb.

 

Qeyd edək ki, Mario Balotelli "Breşiya"ya ötən yay azad agent kimi keçib. O, əvvəllər İtaliyanın "İnter" və "Milan", İngiltərənin "Mançester Siti" və "Liverpul", həmçinin Fransanın "Nitsa" və "Marsel" klublarının formasını geyinib.

 

Müəllif: Ayna.az      22 Noyabr 2019 03:44
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin