Külli miqdarda pirotexniki vasitələr müsadirə olunub

Külli miqdarda pirotexniki vasitələr müsadirə olunub

Avtomobillərin gizli saxlanc yerlərindən 54000 ədəd pirotexniki vasitələr aşkarlanıb

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumatlar əsasında 2 fakt üzrə 54000 ədəd pirotexniki vasitələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, İdarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşlarının idarə etdikləri avtomobillər saxlanılıb, gömrük baxışı keçirilib.

 

Baxış zamanı avtomobillərin gizli saxlanc yerlərindən, ümumilikdə 54000 ədəd pirotexniki vasitələr aşkarlanıb. Hər iki faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      21 Noyabr 2019 12:35
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin