Marşrut avtobusu mikroavtobusla toqquşdu - Yaralılar var

Marşrut avtobusu mikroavtobusla toqquşdu -       Yaralılar var

Qəza nəticəsində 6 nəfər xəsarət alıb 

 

Qaradağ rayonunda marşrut avtobusunun iştirakı ilə qəza baş verib. 

 

AYNA xəbər verir ki, Sahil qəsəbəsi 20-ci sahə ərazisində marşrut avtobusu mikroavtobusla toqquşub. 

 

Səhiyyə Nazirliyindən bildirilib ki, Təcili Tibbi Yardıma çağırış saat 07:32-də daxil olub. İlkin məlumata görə, hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

 

28, 34, 43, 51 yaşlı kişilər və 6 yaşlı qız müxtəlif dərəcəli travmalarla Kliniki Tibbi Mərkəzə çatdırılıblar. 17 yaşlı oğlana isə yerindəcə yardım edilib.

 

Müəllif: Ayna.az      21 Noyabr 2019 09:49
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin