Ruhani İrandakı aksiyalardan danışıb

Ruhani İrandakı aksiyalardan danışıb

“Bəzi qruplar vətənimizi və milli maraqlarımızı sarsıtmaq üçün addım atdılar"

 

İran Prezidenti Həsən Ruhani ölkə daxilində baş verən nümayişlərə münasibət bildirib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, ölkə başçısı bu barədə İran Nazirlər Şurasının Tehranda keçirilən iclasında açıqlama verib.

 

“İran xalqı məqsədimizin enerji təchizatını və ölkənin gücünü təmin etmək olduğunu yaxşı başa düşür. Ona görə də başqalarına möhtac olmamaq üçün sərvətimiz olan enerjini doğru şəkildə istifadə etməliyik ki, cəmiyyətdə də ədaləti təmin edə bilək”, - deyə Ruhani bildirib. 

 

Ruhani buna görə İran xalqına təşəkkür edib: “Bəzi qruplar vətənimizi və milli maraqlarımızı sarsıtmaq üçün addım atdılar. Məqsədləri də ölkəmizdə etimadsızlıq yaratmaq idi. Amma İran xalqı onaların üzərində tam qələbə qazandı”.

 

Yerli mənbələrdən verilən məlumatda da nümayişlərin əvvəlki günlərə nisbətən səngidiyi bildirilib. Lakin ölkədə medyanın məhdudlaşdırıldığı üçün kifayət qədər məlumatlar əldə etmək mümkün olmayıb.  

 

Qeyd edək ki, ABŞ-ın tətbiq etdiyi sanksiyalara görə iqtisadi böhran yaşayan İran xalqı noyabr 15-də yanacağın bahalaşdığına görə ölkənin bir çox şəhərlərində etirazlara start verib.

 

Lakin İran hökuməti xalqın reaksiyasını azaltmaq üçün benzin artımından əldə etdiyi gəlirləri sosial yardıma ehtiyacı olan 18 milyon ailəyə paylayacağını açıqlayıb.

 

Müəllif: Mərahim Nəsib      21 Noyabr 2019 06:50
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin