Çavuşoğlu Avropa Parlamentinin sədrini ittiham edib

Çavuşoğlu Avropa Parlamentinin sədrini ittiham edib

"Onun görüşün məzmununu təhrif etməsindən məyusam"

 

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa Parlamentinin rəhbəri David Sassolinin onunla görüşdə guya Türkiyənin Suriyadakı əməliyyatını pisləməsi barədə söylədiklərini ikiüzlülük adlandırıb.

 

AYNA xəbər verir ki, Türkiyənin xarici siyasət idarəsinin rəhbəri bu barədə özünün "Twitter"dəki səhifəsində yazıb.

"Avropa Parlamenti rəhbərinin üzümə qarşı dilə gətirə bilmədiyi bəzi şeyləri gerçəklik kimi paylaşması Avropa Parlamentinin qeyri-səmimi və ikiüzlülüyünün yeni bir nümunəsidir. Avropa xalqlarını təmsi edən birinin Avropa Parlamentində baş tutan görüşün məzmununu təhrif etməsindən məyusam", - deyə Çavuşoğlu özünün "Twitter"dəki səhifəsində yazıb.

 
Müəllif: Ayna.az      21 Noyabr 2019 03:40
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin