İtaliyada partlayış: ölənlər və yaralananlar var - FOTO, VİDEO

İtaliyada partlayış: ölənlər və yaralananlar var -   FOTO, VİDEO

Yaralılar xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır

 

İtaliyada pirotexniki vasitələr anbarında partlayış olub. AYNA "Report"a istinadən bildirir ki, hadisə Siciliya adasında, Messina əyalətində qeydə alınıb.

 

Barçellona-Posso-di-Qotto yaşayış məntəqəsində baş verən partlayış zamanı azı 4 nəfər həlak olub. Qeyd edilir ki, ölənlər arasında firma sahibinin arvadı da var.

 

Məlumata görə, hadisə zamanı daha 2 nəfər xəsarət alıb, bir nəfər itkin düşüb. Yaralılar xəstəxanaya çatdırılıb, onlardan birinin vəziyyəti ağırdır.

 

Hadisənin başvermə səbəbləri müəyyənləşdirilir.

Müəllif: Ayna.az      21 Noyabr 2019 02:36
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin